Al-Baqarah surəsi, ayə 170

2:170

وَإِذَا قِيلَ لَهُمُ ٱتَّبِعُواْ مَآ أَنزَلَ ٱللَّهُ قَالُواْ بَلۡ نَتَّبِعُ مَآ أَلۡفَيۡنَا عَلَيۡهِ ءَابَآءَنَآۚ أَوَلَوۡ كَانَ ءَابَآؤُهُمۡ لَا يَعۡقِلُونَ شَيۡـٔٗا وَلَا يَهۡتَدُونَ ١٧٠

Wa idhā qīla lahumut-tabi'ū mā anzalallāhu qālū bal nattabi'u mā alfaynā 'alayhi ābā'anā awalaw kāna ābā'uhum lā ya'qilūna shay'an walā yahtadūn

Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolla gedəcəyik!”– deyirlər. Bəs ataları heç bir şey anlamamış və doğru yolda olmamışlarsa, onda necə?!

Təfsir

Kafirlərə: "Allahın göndərdiyi doğru yola və nura tabe olun!"– deyildikdə, onlar inadkarlıq edərək: "Biz yalnız ata-babalarımızın dininə tabe olacağıq!"– deyirlər. Əgər onların ata-babaları Allahın doğru yolundan və nurundan heç nə dərk etmirlərsə və Allahın sevib razı qaldığı haqq yol ilə getmirlərsə necə?!