Al-Baqarah surəsi, ayə 135

2:135

وَقَالُواْ كُونُواْ هُودًا أَوۡ نَصَٰرَىٰ تَهۡتَدُواْۗ قُلۡ بَلۡ مِلَّةَ إِبۡرَٰهِـۧمَ حَنِيفٗاۖ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٣٥

Waqālū kūnū hūdan aw nasārā tahtadū qul bal millata ibrāhima hanīfan wamā kāna minal-mushrikīn

Yəhudilər və nəsranilər (müsəlmanlara) dedilər: “Yəhudi və ya nəsrani olun ki, doğru yola yönələsiniz!” De: “Əksinə, biz hənif İbrahimin dininə tabeyik. O, müşriklərdən deyildi”.

Təfsir

Yəhudilər müsəlmanlara: "Yəhudi olun, belə etsəz doğru yolda olarsız"- dedilər. Nəsranilər isə müsəlmanlara: "Nəsrani olun, belə etsəz doğru yolda olarsız"- dedilər. Ey Peyğəmbər, onlara de: "Əksinə, gəlin, bütün batil dinlərdən haqqa meyl edən, İbrahimin dininə tabe olaq, çünki o, Allaha heç bir şeyi şərik qoşanlardan olmamışdır".