Al-Baqarah surəsi, ayə 134

2:134

تِلۡكَ أُمَّةٞ قَدۡ خَلَتۡۖ لَهَا مَا كَسَبَتۡ وَلَكُم مَّا كَسَبۡتُمۡۖ وَلَا تُسۡـَٔلُونَ عَمَّا كَانُواْ يَعۡمَلُونَ ١٣٤

Tilka ummatun qad khalat lahā mā kasabat walakum mā kasabtum walā tus'alūna 'ammā kānū ya'malūn

Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri əməllər barədə sorğu-sual olunmayacaqsınız.

Təfsir

Onlar sizdən əvvəl olub-keçmiş bir camaat idilər və etdikləri əməllərin mükafatına çatıblar. Onların etdikləri yaxşı və ya pis əməlləri özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Sizdən onların əməlləri barəsində sorğu-sual olunmaz. Onlardan da sizin əməlləriniz barədə sorğu-sual olunmaz. Bir kimsənin günahına görə başqasına əzab olunmayacaqdır, əksinə hər bir kəs etdiyi əməlin müqabilini alacaqdır. Sizdən əvvəlkilərin etdikləri əməllər, sizi öz əməlinizə baxmaqdan yayındırmasın. İnsana Allahın rəhmətindən sonra saleh əməlindən başqa heç bir şey fayda verməz.