أَمۡ كُنتُمۡ شُهَدَآءَ إِذۡ حَضَرَ يَعۡقُوبَ ٱلۡمَوۡتُ إِذۡ قَالَ لِبَنِيهِ مَا تَعۡبُدُونَ مِنۢ بَعۡدِيۖ قَالُواْ نَعۡبُدُ إِلَٰهَكَ وَإِلَٰهَ ءَابَآئِكَ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ إِلَٰهٗا وَٰحِدٗا وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ ١٣٣
Am kuntum shuhadā'a idh hadara ya'qūbal-mawtu idh qāla libanīhi mā ta'budūna mim ba'dī qālū na'budu ilāhaka wa ilāha ābā'ika ibrāhima wa ismā'īla wa ishāqa ilāhan wāhidan wanahnu lahū muslimūn
Yoxsa siz Yəquba ölüm gəldiyi zaman onun yanında idiniz? O zaman o, öz oğullarına demişdi: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” Onlar dedilər: “Sənin İlahına, ataların – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!”
Təfsir
Yoxsa siz Yəquba ölüm gəldikdə onun yanında idiniz? O: "Mən öldükdən sonra nəyə ibadət edəcəksiniz?" – deyə oğlanlarından soruşduğu zaman, onlar suala belə cavab verdilər: "Sənin İlahına və ataların – İbrahimin, İsmailin və İshaqın İlahı olan tək və şəriki olmayan Allaha ibadət edəcəyik, biz yalnız Ona tabeyik və yalnız Ona ibadət edirik!".