Al-Baqarah surəsi, ayə 132

2:132

وَوَصَّىٰ بِهَآ إِبۡرَٰهِـۧمُ بَنِيهِ وَيَعۡقُوبُ يَٰبَنِيَّ إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰ لَكُمُ ٱلدِّينَ فَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسۡلِمُونَ ١٣٢

Wawassā bihā ibrāhimu banīhi waya'qūbu yābaniyya innallāhastafā lakumud-dīna falā tamūtunna illā wa antum muslimūn

İbrahim də, Yəqub da, bunu oğullarına vəsiyyət etdilər: “Oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!”

Təfsir

İbrahim oğlanlarına: "Mən aləmlərin Rəbbinə təslim oldum"- deyərək vəsiyyət etdi. Eyni ilə Yəqub da oğullarına nəsihət etdi. Hər ikisi də oğullarını çağıraraq dedilər: Həqiqətən Allah sizin üçün İslam dinini seçmişdir, sizə ölüm gələnə qədər bu dindən möhkəm yapışın və həm zahirən həm də daxilən Allaha təslim olun.