إِذۡ قَالَ لَهُۥ رَبُّهُۥٓ أَسۡلِمۡۖ قَالَ أَسۡلَمۡتُ لِرَبِّ ٱلۡعَٰلَمِينَ ١٣١
Idh qāla lahū rabbuhū aslim qāla aslamtu lirabbil-'ālamīn
Bir zaman Rəbbi ona: “Təslim ol!”– dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!”– demişdi.
Təfsir
Onun Allah tərəfindən seçilməsinə səbəb Rəbbi ona: "Yalnız Mənə ixlasla ibadət et və Mənə itaətlə boyun əy" - dedikdə dərhal təslim olaraq: “Qulların xaliqinə, onlara ruzi verənə və işlərini yoluna qoyana tabe oldum!” - deyə cavab verməsi idi.