وَقَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدٗاۗ سُبۡحَٰنَهُۥۖ بَل لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ كُلّٞ لَّهُۥ قَٰنِتُونَ ١١٦
Waqālut-takhadhallāhu waladan subhānahū bal lahū mā fis-samāwāti wal-ardi kullul lahū qānitūn
Onlar dedilər: “Allah (Özünə) övlad götürmüşdür!” Halbuki O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir.
Təfsir
Yəhudilər, nəsranilər və müşriklər: "Allah Özünə övlad götürmüşdür!" -dedilər. Halbuki O, belə bir işdən pakdır, müqəddəsdir! Onun, məxluqatına heç bir ehtiyacı da yoxdur. Övlada ehtiyacı olan özünə övlad götürər. Əksinə göylərdə və yerdə nə varsa, Pak və Uca Allaha məxsusdur. Bütün məxluqat, Pak Olan Allahın qullarıdır və Onun hökmünə tabedir. Allahda onları istədiyi kimi idarə edir.