Al-Baqarah surəsi, ayə 117

2:117

بَدِيعُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَإِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ١١٧

Badī'us-samāwāti wal-ardi wa idhā qadā amran fa innamā yaqūlu lahū kun fayakūn

Göyləri və yeri misilsiz xəlq edən Odur. O, bir işə hökm verdikdə ona ancaq: “Ol!”– deyər, o da olar.

Təfsir

Göyləri, yeri və onların arasında olan hər bir şeyi misilsiz şəkildə yoxdan yaradan Pak Olan Allahdır. Bir işi təqdir edib yaranmasını istədiyi zaman, ona yalnız: "Ol !" –deyər, o da Allahın istədiyi kimi olar. Heç kim Allahın əmrinin və hökmünün qarşısını ala bilməz.