وَقَالُواْ لَن يَدۡخُلَ ٱلۡجَنَّةَ إِلَّا مَن كَانَ هُودًا أَوۡ نَصَٰرَىٰۗ تِلۡكَ أَمَانِيُّهُمۡۗ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ١١١
Waqālū lan yadkhulal-jannata illā man kāna hūdan aw nasārā tilka amāniyyuhum qul hātū burhānakum in kuntum sādiqīn
Onlar dedilər: “Yəhudilərdən və ya nəsranilərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!” Bu onların xam xəyallarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”
Təfsir
Yəhudi və nasranilərdən olan hər bir tayfa: "Cənnət yalnız onlara aiddir" -dedilər. Yəhudilər: "Cənnətə yalnız yəhudi olan girəcəkdir" -dedilər. Nasranilər də həmçinin: "Cənnətə yalnız nasrani olan girəcəkdir" -dedilər. Bu onların batil xəyallarıdır. Elə isə, ey Peyğəmbər, onlara cavab olaraq belə de: "Əgər həqiqətən də siz bu iddianızda doğrusunuzsa, onda dəlilinizi gətirin!".