Al-Baqarah surəsi, ayə 108

2:108

أَمۡ تُرِيدُونَ أَن تَسۡـَٔلُواْ رَسُولَكُمۡ كَمَا سُئِلَ مُوسَىٰ مِن قَبۡلُۗ وَمَن يَتَبَدَّلِ ٱلۡكُفۡرَ بِٱلۡإِيمَٰنِ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ ١٠٨

Am turīdūna an tas'alū rasūlakum kamā su'ila mūsā min qablu waman yatabaddalil-kufra bil-īmāni faqad dalla sawā'as-sabīl

Yoxsa daha öncə Musadan tələb edildiyi kimi siz də Peyğəmbərinizdən tələb etmək istəyirsiniz?! İmanı küfrə dəyişən kəs, əlbəttə, doğru yoldan azmışdır.

Təfsir

Ey möminlər, bundan əvvəl Musanın qövmü Musaya etiraz və inadkarliq edərək: "Allahı bizə açıq-aşkar göstər!" (ən-Nisa: 153) deyib sorğu-suala çəkildiyi kimi siz də Rəsulunuzu sorğu-suala çəkməyin. Bu, sizə yaraşmaz. Kim İmanı küfrə dəyişərsə orta yol olan "siratəl-mustəqim" yolundan azmışdır.