Al-Baqarah surəsi, ayə 109

2:109

وَدَّ كَثِيرٞ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَوۡ يَرُدُّونَكُم مِّنۢ بَعۡدِ إِيمَٰنِكُمۡ كُفَّارًا حَسَدٗا مِّنۡ عِندِ أَنفُسِهِم مِّنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡحَقُّۖ فَٱعۡفُواْ وَٱصۡفَحُواْ حَتَّىٰ يَأۡتِيَ ٱللَّهُ بِأَمۡرِهِۦٓۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ١٠٩

Wadda kathīrum min ahlil-kitābi law yaruddūnakum mim ba'di īmānikum kuffāran hasadam min 'indi anfusihim mim ba'di mā tabayyana lahumul-haqqu fa'fū wasfahū hattā ya'tiyallāhu bi amrihī innallāha 'alā kulli shay'in qadīr

Kitab əhlindən bir çoxu həqiqət özlərinə bəlli olduqdan sonra, içlərindəki həsəd üzündən sizi, imanınızdan sonra küfrə qaytarmaq istərlər. Allah Öz əmrini verincəyə qədər (onları) əfv edib bağışlayın! Həqiqətən, Allah hər şeyə qadirdir.

Təfsir

Yəhudi və nəsranilərdən bir çoxu peyğəbərin Allah tərəfindən gəldiyi həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki paxıllıq üzündən sizi, iman gətirmiş olduğunuz halda, sizin yenidən bütlərə ibadət etmənizi istərlər. Ey Peyğəmbər, Allahın sizin barədə hökmü gəlincəyə qədər həmin şəxslərin etdikləri əməlləri əfv edin, onların cahil olduğlarına görə onları qınamayın. Artıq bu barədə Allahın əmri və hökmü gəldi. Belə ki, kafir ya İslamı qəbul etmək ya cizyə ödəmək ya da ki, döyüşmək arasında seçim etməlidir. Həqiqətən Allah hər bir şeyə qadirdir. Kafirlər isə Allahı aciz edə bilməzlər.