أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٍ ١٠٧
Alam ta'lam annallāha lahū mulkus-samāwāti wal-ardi wamā lakum min dūnillāhi min waliyyin walā nasīr
Məgər bilmirsən ki, göylərin və yerin mülkü təkcə Allaha məxsusdur?! Sizin Allahdan başqa nə bir dostunuz, nə də bir yardımçınız vardır.
Təfsir
Ey peyğəmbər, axı sən göylərin və yerin hökmranlığının ancaq Allaha məxsus olduğunu, istədiyi hökmü verdiyini, qullarına istədiyini əmr edib istədiyindən də çəkindirdiyini, istədiyi şəriəti iqrar edib və istədiyini isə ləğv etdiyini bilirsən!. Sizin Allahdan başqa işlərinizə kömək edən bir dostunuz və şəri sizdən uzaqlaşdıran bir yardımçınız yoxdur! Əksinə bütün bunlara qadir olan yalnız Allahdır.