Al-Baqarah surəsi, ayə 104

2:104

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقُولُواْ رَٰعِنَا وَقُولُواْ ٱنظُرۡنَا وَٱسۡمَعُواْۗ وَلِلۡكَٰفِرِينَ عَذَابٌ أَلِيمٞ ١٠٤

Yā'ayyuhal-ladhīna āmanū lā taqūlū rā'inā waqūlunzurnā wasma'ū walil-kāfirīna 'adhābun alīm

Ey iman gətirənlər! Peyğəmbərə: “Raina! (Bizə qayğı göstər!)”– deməyin, “Unzurna! (Bizə nəzər yetir!)”– deyin və (Allahın əmrini) eşidin! Kafirlər üçün ağrılı-acılı bir əzab vardır.

Təfsir

Uca Allah bu ayədə möminlərə, danışdıqları zaman gözəl sözlər istifadə etməyə yönəldərək deyir: "Ey iman gətirənlər! “Raina” Yəni: “Bizi qoru” və ya “bizə qayğı və ehtiram göstər” sözünü deməyin". Çünki yəhudilər bu sözü təhrif edib peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) müraciət edirdilər. Amma həqiqətdə isə onlar bu sözlə özündə pis məna daşıyan “ər-Ruunah” yəni: "Bizə çobanlıq et". mənasını qəsd edirdilər. Elə bu səbəbdən də Allah mömminləri peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun) danışdıqda bu kəlməni istifadə etməkdən qadağan edib onlara isə özündə heç bir pis məna daşmayan “Unzurna” yəni: “Dediyini anlamaq üçün bizi gözlə!” -kəlməsini demələrini əmr etdi. Allaha küfür edənləri ağrıdıcı əzab gözləyir.