مَّا يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَلَا ٱلۡمُشۡرِكِينَ أَن يُنَزَّلَ عَلَيۡكُم مِّنۡ خَيۡرٖ مِّن رَّبِّكُمۡۚ وَٱللَّهُ يَخۡتَصُّ بِرَحۡمَتِهِۦ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ ١٠٥
Mmā yawaddul-ladhīna kafarū min ahlil-kitābi walal-mushrikīna an yunazzala 'alaykum min khayrim mir rabbikum wallāhu yakhtassu birahmatihī man yashā'u wallāhu dhul-fadlil-'azīm
Nə Kitab əhlinin kafir olanları, nə də müşriklər sizə Rəbbinizdən bir xeyir nazil olmasını istəməzlər. Allah isə Öz mərhəmətini istədiyi şəxsə məxsus edər. Allah böyük lütf sahibidir.
Təfsir
Kitab əhli yaxud müşrik olmasından aslı olmayaraq kafirlər sizə Rəbbiniz tərəfindən istər az, istərsə də ki çox heç bir xeyir endirilməsini istəməzlər. Halbuki Allah peyğəmərliyi, vəhyi və imanı Öz mərhəməti ilə istədiyi kimsəyə bəxş edər. Allah böyük lütf sahibidir. İnsanların nail olduğu bütün xeyirlər hamısı Allahdandır. Rəsul göndərilməsi də, kitab nazil etməsi də Onun insanlara olan lütfündəndir.