Al-Baqarah surəsi, ayə 103

2:103

وَلَوۡ أَنَّهُمۡ ءَامَنُواْ وَٱتَّقَوۡاْ لَمَثُوبَةٞ مِّنۡ عِندِ ٱللَّهِ خَيۡرٞۚ لَّوۡ كَانُواْ يَعۡلَمُونَ ١٠٣

Walaw annahum āmanū wattaqaw lamathūbatum min 'indillāhi khayrul law kānū ya'lamūn

Əgər onlar iman gətirib (Allahdan) qorxsaydılar, Allahın verdiyi mükafat (onlar üçün) daha xeyirli olardı. Kaş bunu biləydilər!

Təfsir

Əgər yəhudilər Allaha həqiqi iman gətirib Ondan qorxaraq saleh əməllər edər, Ona asi olmaqdan çəkinsəydilər, Allah tərəfindən əldə etdikləri savab onların etdikləri əməldən daha xeyirli olardı. Kaş ki onlar özlərinə fayda verən şeyləri dərk edəydilər.