أَهَٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقۡسَمۡتُمۡ لَا يَنَالُهُمُ ٱللَّهُ بِرَحۡمَةٍۚ ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ لَا خَوۡفٌ عَلَيۡكُمۡ وَلَآ أَنتُمۡ تَحۡزَنُونَ ٤٩
Ahā'ulā'il-ladhīna aqsamtum lā yanāluhumullāhu birahmatinidkhulul-jannata lā khawfun 'alaykum walā antum tahzanūn
“Allah onlara mərhəmət nəsib etməyəcək”– deyə (barələrində) and içdiyiniz kəslər bunlardırmı?” (Sədd əhlinə deyiləcəkdir:) “Cənnətə daxil olun! Sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz”
Təfsir
Allaha kafirlərə məzəmmət edərək deyəcəkdir: "Allah onlara mərhəmət nəsib etməyəcək"– deyə barəsində and içdiyiniz kəslər bunlardırmı?" Allah möminlərə deyəcək: "Ey Möminlər! Cənnətə girin! Sizi qarşıda gözləyən şeylərə görə, sizə heç bir qorxu yoxdur və Cənnətdə sizə bəxş edilən əbədi nemətləri gördükdə isə dünyada ikən əldə edə bilmədiyiniz dünya nemətlərinə görə siz kədərlənməyəcəksiniz".