وَنَادَىٰٓ أَصۡحَٰبُ ٱلۡأَعۡرَافِ رِجَالٗا يَعۡرِفُونَهُم بِسِيمَىٰهُمۡ قَالُواْ مَآ أَغۡنَىٰ عَنكُمۡ جَمۡعُكُمۡ وَمَا كُنتُمۡ تَسۡتَكۡبِرُونَ ٤٨
Wanādā ashābul-a'rāfi rijālan ya'rifūnahum bisīmāhum qālū mā aghnā 'ankum jam'ukum wamā kuntum tastakbirūn
Sədd əhli əlamətlərindən tanıdıqları adamlara səslənib deyəcəklər: “Sizə nə yığdıqlarınız, nə də təkəbbürlük göstərməyiniz fayda vermədi”.
Təfsir
Sədd əhli onları üzlərinin qaralığı və gözlərinin göylüyü kimi əlamətlərindən tanıdıqları Cəhənnəm əhlindən olan kafirlərə səsləyib deyəcəklər: "Sizə nə yığdığınız mal-dövlət, oğul-uşaq, nə də ki, təkəbbürlük göstərərək haqqdan üz çevirməyiniz fayda vermədi".