Al-A'raf surəsi, ayə 50

7:50

وَنَادَىٰٓ أَصۡحَٰبُ ٱلنَّارِ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ أَنۡ أَفِيضُواْ عَلَيۡنَا مِنَ ٱلۡمَآءِ أَوۡ مِمَّا رَزَقَكُمُ ٱللَّهُۚ قَالُوٓاْ إِنَّ ٱللَّهَ حَرَّمَهُمَا عَلَى ٱلۡكَٰفِرِينَ ٥٠

Wanādā ashābun-nāri ashābal-jannati an afīdū 'alaynā minal-mā'i aw mimmā razaqakumullāhu qālū innallāha harramahumā 'alal-kāfirīn

Cəhənnəm sakinləri Cənnət əhlinə səslənib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir”.

Təfsir

Cəhənnəm əhli Cənnət əh­lini səs­lə­yib onlardan özlərinə bir çıxış yolu axtararaq deyəcəklər: "Ey Cənnət əhli! Üs­tü­müzə bir az su tökün və ya Allahın sizə ruzi olaraq verdiyi təamdan bizə də bir qədər verin!" Cənnət əhli onlara deyəcək: "Allah bu nemətləri kafirlərin etdikləri günahlar ucbatından onlara haram etmişdir. Biz isə Allahın sizə haram etdiyi bir şeyi sizə yardım edə bilmərik".