Al-A'raf surəsi, ayə 201

7:201

إِنَّ ٱلَّذِينَ ٱتَّقَوۡاْ إِذَا مَسَّهُمۡ طَٰٓئِفٞ مِّنَ ٱلشَّيۡطَٰنِ تَذَكَّرُواْ فَإِذَا هُم مُّبۡصِرُونَ ٢٠١

Innal-ladhīnat-taqaw idhā massahum tā'ifum minash-shaytāni tadhakkarū fa idhā hum mubsirūn

Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman dərhal Allahı xatırlayar və (bunun şeytandan olduğunu) bilərlər.

Təfsir

Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxanlara şey­tandan özlərinə bir vəsvəsə toxun­ub günah etdikləri za­man Allahın əzəmətini, günahkarlara verəcəyi əzabı və itaətkarlara üçün hazırladığı savabı xa­tırlayıb, dər­hal günahlardan tövbə edib öz Rəbbinə tərəf dönər, haqqa qayıdıb, qəflətdən ayılarlar.