Al-A'raf surəsi, ayə 200

7:200

وَإِمَّا يَنزَغَنَّكَ مِنَ ٱلشَّيۡطَٰنِ نَزۡغٞ فَٱسۡتَعِذۡ بِٱللَّهِۚ إِنَّهُۥ سَمِيعٌ عَلِيمٌ ٢٠٠

Wa immā yanzaghannaka minash-shaytāni nazghun fasta'idh billāhi innahū samī'un 'alīm

Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, eşidəndir, biləndir.

Təfsir

Ey Peyğəmbər! Əgər şeytanın sənə bir vəsvəsə yaxud sənə hər hansı bir xeyir əməl etməyə mane olduğunu hiss etsən, bu zaman onun şərindən Allaha sığın. Çün­ki Allah, dediyin sözü eşidəndir, Ona sığındığını biləndir və O, səni şeytanın şərindən qoruyacaqdır.