Al-A'raf surəsi, ayə 202

7:202

وَإِخۡوَٰنُهُمۡ يَمُدُّونَهُمۡ فِي ٱلۡغَيِّ ثُمَّ لَا يُقۡصِرُونَ ٢٠٢

Wa ikhwānuhum yamuddūnahum fil-ghayyi thumma lā yuqsirūn

(Şeytanlar) öz qardaşlarını azğınlığa sürükləyər, sonra da onlardan əl çəkməzlər.

Təfsir

Şeytanların günahkarlardan və kafirlərdən olan qardaşları öz qardaşla­rın­a günah etdikdən sonra yenə də günah etməyi gözəl göstərərək onların az­ğın­lığını artırarlar. Sonra da nə şeytanlar onları azdırmaqdan, nə də ki, günahkar insanlar onlara tabe olub şər əməllər etməkdən əl çəkməzlər.