Al-A'raf surəsi, ayə 199

7:199

خُذِ ٱلۡعَفۡوَ وَأۡمُرۡ بِٱلۡعُرۡفِ وَأَعۡرِضۡ عَنِ ٱلۡجَٰهِلِينَ ١٩٩

Khudhil-'afwa wa mur bil-'urfi wa a'rid 'anil-jāhilīn

Sən bağışlama yolunu tut, yaxşı işləri əmr et və cahillərdən üz döndər!

Təfsir

Ey Peyğımbər! İnsanlardan gözəl əməl və gözəl əxlaqları qəbul et, bacarmadıqları işlərlə onları mükəlləf etmə, çünki bu onlarda niftər hissi oyadar. Onlara hər bir yaxşı söz deməyi və hər bir yaxşı əməl etməyi əmr et və cahil­lər­dən üz döndər. Sənə cahillik edənə, cahilliklə qarşılıq vermə. Sənə əziyyət verənə, sən əziyyət vermə. Sənə haqqını verməyənə sən haqqını kəsmə.