Al-A'raf surəsi, ayə 180

7:180

وَلِلَّهِ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰ فَٱدۡعُوهُ بِهَاۖ وَذَرُواْ ٱلَّذِينَ يُلۡحِدُونَ فِيٓ أَسۡمَٰٓئِهِۦۚ سَيُجۡزَوۡنَ مَا كَانُواْ يَعۡمَلُونَ ١٨٠

Walillāhil-asmā'ul-husnā fad'ūhu bihā wadharul-ladhīna yulhidūna fī asmā'ihī sayujzawna mā kānū ya'malūn

Allahın ən gözəl adlarları vardır. Ona bu adlarla dua edin və Onun adları barəsində haqdan azanları (Allahın adlarını və ya bu adların mənalarını təhrif edənləri) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.

Təfsir

Pak olan Allahın cəlalına və kamalına dəlalət edən ən gözəl adlar Onundur. İstədiyinizə nail olmaq üçün Allaha bu adlar vasitəsi ilə dua edin, Ona bu adlarla həmd-səna edin, Onun adlarını başqasına verənləri, bu adları inkar və ya təhrif edənləri yaxud da başqalarını bu ad və sifətlərə oxşadadaraq haqdan sapanları tərk edin. Haqdan sapanların et­dik­ləri əməllərin cəzası ağrılı-acılı əzab alacaqdır.