ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلرَّسُولَ ٱلنَّبِيَّ ٱلۡأُمِّيَّ ٱلَّذِي يَجِدُونَهُۥ مَكۡتُوبًا عِندَهُمۡ فِي ٱلتَّوۡرَىٰةِ وَٱلۡإِنجِيلِ يَأۡمُرُهُم بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَىٰهُمۡ عَنِ ٱلۡمُنكَرِ وَيُحِلُّ لَهُمُ ٱلطَّيِّبَٰتِ وَيُحَرِّمُ عَلَيۡهِمُ ٱلۡخَبَٰٓئِثَ وَيَضَعُ عَنۡهُمۡ إِصۡرَهُمۡ وَٱلۡأَغۡلَٰلَ ٱلَّتِي كَانَتۡ عَلَيۡهِمۡۚ فَٱلَّذِينَ ءَامَنُواْ بِهِۦ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَٱتَّبَعُواْ ٱلنُّورَ ٱلَّذِيٓ أُنزِلَ مَعَهُۥٓ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ١٥٧
Alladhīna yattabi'ūnar-rasūlan-nabiyyal-ummiyyal-ladhī yajidūnahū maktūban 'indahum fit-tawrāti wal-injīli ya'muruhum bil-ma'rūfi wayanhāhum 'anil-munkari wayuhillu lahumut-tayyibāti wayuharrimu 'alayhimul-khabā'itha wayada'u 'anhum israhum wal-aghlālal-latī kānat 'alayhim falladhīna āmanū bihī wa'azzarūhu wanasarūhu wattaba'un-nūral-ladhī unzila ma'ahū ulā'ika humul-muflihūn
O kəslər ki, əllərindəki Tövrat və İncildə (vəsfləri) barəsində yazılmış gördükləri ummi (yazıb-oxumaq bilməyən) peyğəmbərin, ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan (məşəqqətlərdən) xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun ardınca gedənlər isə nicat tapanlardır”.
Təfsir
O kəslər ki, oxuyub yazmağı bilməyən, ona yalnız Rəbbi tərəfindən vəhy edilən, onun adını və əlamətlərini Musaya - Aleyhissəlam - nazil edilmiş Tövratda və İsaya - Aleyhissəlam - nazil edilmiş İncildə yazılmış olduğunu gördükləri peyğəmbər Muhəmmədin - sallallahu aleyhi və səlləm - ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi əmr edər, sağlam ağıl və fitrətin pis gördüyü əməlləri isə qadağan edər, onlara pak və halal olan yemək-içməyi və nikahları halal, bunlardan murdar şeyləri isə haram edər. Onların özlərindən əvvəlki ümmətlərin yükləndiyi, məsələn: qatilin qəsdən və ya xətadan öldürməsindən aslı olmayaraq onu öldürməyin vacib olduğu kimi ağır yüklərini yüngülləşdirər. İsrail oğullarından və onlardan başqalarından ona iman gətirən, ona hörmət, ehtiram və sayğı edən, ona, onunla düşmənçilik edən kafir qövmə qarşı kömək edən və onunla göndərilmiş nur kimi doğru yol göstərən Quranın ardınca gedənlər, məhz bu kimsələr dilədikləri Cənnətə daxil olub, qorxduqları Cəhənnəmdən xilas olaraq nicat tapan kimsələrdir.