Al-'Ankabut surəsi, ayə 10

29:10

وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ فَإِذَآ أُوذِيَ فِي ٱللَّهِ جَعَلَ فِتۡنَةَ ٱلنَّاسِ كَعَذَابِ ٱللَّهِۖ وَلَئِن جَآءَ نَصۡرٞ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمۡۚ أَوَلَيۡسَ ٱللَّهُ بِأَعۡلَمَ بِمَا فِي صُدُورِ ٱلۡعَٰلَمِينَ ١٠

Waminan-nāsi man yaqūlu āmannā billāhi fa idhā ūdhiya fillāhi ja'ala fitnatan-nāsi ka'adhābillāhi wala'in jā'a nasrum mir rabbika layaqūlunna innā kunnā ma'akum awalaysallāhu bi a'lama bimā fī sudūril-'ālamīn

İnsanlar arasında: “Allaha iman gətirdik!”– deyənləri də var. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı kimi qəbul edərlər. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq: “Biz də sizinlə idik!”– deyərlər. Məgər Allah hər kəsin qəlbindəkiləri ən yaxşı bilən deyilmi?

Təfsir

İnsanlardan bəziləri də: "Biz Alla­ha iman gətirdik!"– de­yirlər. Amma kafirlər onlara Allaha iman gətirdiklərinə görə əziyyət verdikdə, onlara verilən bu əziyyəti Alla­hın əzabı kimi görür, beləliklə də, kafirlərə tabe olub imanlarından üz döndərirlər. Ey Peyğəmbər! Əgər Rəbbin­dən sənə bir zəfər gəl­miş olsa, onlar müt­ləq: "Ey möminlər! Biz də Allaha iman gətirməkdə sizinlə birgəyik!"– de­yərlər. Məgər Allah insanların qəlblərində olanı ən yaxşı bilən deyilmi?! Qəlblərdə olan küfür və iman Ona əsla gizli qalmaz. Allah qəlblərdə olanı daha yaxşı bildiyi bir halda, onlar qəlblərdində olanı Allaha xəbərmi verirlər?!"