وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَنُدۡخِلَنَّهُمۡ فِي ٱلصَّٰلِحِينَ ٩
Walladhīna āmanū wa'amilus-sālihāti lanudkhilannahum fis-sālihīn
İman gətirib saleh əməllər edənləri əməlisalehlərə qovuşduracağıq.
Təfsir
Uca Allaha iman gətirib yaxşı işlər görənləri, Qiyamət günü əməlisalehlərə qovuşduracaq, onlarla bərabər həşr edəcək və əməlisalehləri bol-bol savablarla mükafatlandırdığımız kimi, onlarıda bol-bol savablarla mükafatlandıracağıq.