مَا كَانَ لِنَبِيٍّ أَن يَكُونَ لَهُۥٓ أَسۡرَىٰ حَتَّىٰ يُثۡخِنَ فِي ٱلۡأَرۡضِۚ تُرِيدُونَ عَرَضَ ٱلدُّنۡيَا وَٱللَّهُ يُرِيدُ ٱلۡأٓخِرَةَۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٞ ٦٧
Mā kāna linabiyyin an yakūna lahū asrā hattā yuthkhina fil-ardi turīdūna 'aradad-dunyā wallāhu yurīdul-ākhirata wallāhu 'azīzun hakīm
Peyğəmbərə yer üzündə çoxlu (sayda) kafir qırmayınca əsir götürmək yaraşmaz. Siz dünya mənfəətlərini istəyirsiniz, Allah isə axirəti (qazanmağınızı) istəyir. Allah Qüdrətlidir, Hikmət sahibidir.
Təfsir
Peyğəmbərə yer üzündə ona qarşı döyüşən çoxlu sayda kafir qırıb və onların bir daha Peyğəmbərlə döyüşməyə cürət edib, qəlblərinə qorxu salmayınca kafirlərdən əsir götürmək yaraşmaz. Ey Möminlər! Siz Bədrdə əsir düşmüş kimsələrdən fidyə alıb və bunun müqabilində onları sağ buraxmaqla dünya mənfəətlərini istəyirsiniz, Allah isə dinin qələbə çalması və izzətlənməsi ilə axirəti qazanmağınızı istəyir. Allah zatında, sifətlərində və məğlub etməsində yenilməz qüdrət sahibidir, kimsə Onu məğlub edə bilməz. O, insanlar üçün təyin etdiyi qəza-qədərində və qoyduğu şəri hökmlərində hikmət sahibidir.