وَلَا تَكُونُواْ كَٱلَّذِينَ خَرَجُواْ مِن دِيَٰرِهِم بَطَرٗا وَرِئَآءَ ٱلنَّاسِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِۚ وَٱللَّهُ بِمَا يَعۡمَلُونَ مُحِيطٞ ٤٧
Walā takūnū kalladhīna kharajū min diyārihim bataran wari'ā'an-nāsi wayasuddūna 'an sabīlillāhi wallāhu bimā ya'malūna muhīt
Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxan və (insanları) Allah yolundan azdıran kimsələr (Məkkə müşrikləri) kimi olmayın. Allah onların əməllərini əhatə etmişdir.
Təfsir
Məkkədən təkəbbürlə, özlərini insanlara göstərmək üçün çıxan və insanları Allah dinindən sapdıran və bu dini qəbul etməyə mane olan müşriklər kimi olmayın. Allah onların əməllərini hər tərəfdən əhatə etmişdir. Onların etdikləri əməllər Allaha əsla gizli qalmaz və Allah onların etdikləri əməllərin müqabilini verəcəkdir.