وَأَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَنَٰزَعُواْ فَتَفۡشَلُواْ وَتَذۡهَبَ رِيحُكُمۡۖ وَٱصۡبِرُوٓاْۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّٰبِرِينَ ٤٦
Wa atī'ullāha warasūlahū walā tanāza'ū fatafshalū watadhhaba rīhukum wasbirū innallāha ma'as-sābirīn
Allaha və Onun Rəsuluna itaət edin, bir-birinizlə ixtilaf etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, həqiqətən Allah səbir edənlərlədir.
Təfsir
Dediyiniz sözlərdə, etdiyiniz əməllərdə və bütünlüklə hər bir halınızda Allaha və Onun Rəsulununun itaətinə bağlı olun. Hər hansı bir şey haqqında fikir yürütdükdə bir-birinizlə mübahisə etməyin, çünki mübahisə zəyifləmənizə, qorxmanıza və həmçinin ruhdan düşmənizə səbəbir. Düşməninizlə qarşı-qarşıya gəldikdə səbirli olun, çünki Allah, Öz qələbəsi, yardımı və köməyilə səbr edənlərlə birgədir. Allaha kiminlə olarsa, onun qalib və müzəffər olacağı qaçılmazdır.