Al-Anfal surəsi, ayə 45

8:45

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا لَقِيتُمۡ فِئَةٗ فَٱثۡبُتُواْ وَٱذۡكُرُواْ ٱللَّهَ كَثِيرٗا لَّعَلَّكُمۡ تُفۡلِحُونَ ٤٥

Yā'ayyuhal-ladhīna āmanū idhā laqītum fi atan fathbutū wadhkurullāha kathīral la'allakum tuflihūn

Ey iman gətirənlər! Düşmən dəstəsi ilə üz-üzə gəldikdə möhkəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız.

Təfsir

Ey Allaha iman gətirib Onun Rəsuluna tabe olan kimsələr! Kafir bir dəstə ilə üz-üzə gəldikdə möh­kəm durun, onlardan qorxmayın, Allahı çox yad edib Ona çox dua edin. Həqiqətən Allah sizi istədiyinizə müvəffəq edib qorxduğunuz şeydən salamat etmək üçün sizə düşməniniz üzərində qələbə nəsib etməyə qadirdir.