وَإِذۡ يُرِيكُمُوهُمۡ إِذِ ٱلۡتَقَيۡتُمۡ فِيٓ أَعۡيُنِكُمۡ قَلِيلٗا وَيُقَلِّلُكُمۡ فِيٓ أَعۡيُنِهِمۡ لِيَقۡضِيَ ٱللَّهُ أَمۡرٗا كَانَ مَفۡعُولٗاۗ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ ٤٤
Wa idh yurīkumūhum idhil-taqaytum fī a'yunikum qalīlan wayuqallilukum fī a'yunihim liyaqdiyallāhu amran kāna maf'ūlan wa ilallāhi turja'ul-umūr
(Düşmənlə) qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı ki, olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirsin. Bütün işlər (sonda) Allaha qayıdır.
Təfsir
Ey Möminlər! Yadınıza salın ki, o vaxt müşriklərlə qarşı-qarşıya gəldiyiniz zaman Allah onların sayını sizin gözünüzə az göstərərək sizi düşmənlə döyüşməyə cəsarətli etdi. Sizin də sayınızı onların gözündə azaltdı ki, sizinlə qarşılaşdıqda geriyə dönüb qaçmaq barədə düşünüb döyüşə girməkdən çəkinməsinlər. Bununla Allah olacaq işi yerinə yetirdi və möminlərə müşrikləri qətlə yetirib əsir götürməklə intiqam almaq və düşmən üzərində zəfər çalmaq nemətini bəxş etdi. Bütün işlərin sonu yalnız tək olan Allaha qayıdır. Allah, pislik edənin, etdiyi pisliyinə görə cəzasını, yaxşılıq edənin də, etdiyi yaxşılığa görə mükafatını verəcəkdir.