Al-Anfal surəsi, ayə 42

8:42

إِذۡ أَنتُم بِٱلۡعُدۡوَةِ ٱلدُّنۡيَا وَهُم بِٱلۡعُدۡوَةِ ٱلۡقُصۡوَىٰ وَٱلرَّكۡبُ أَسۡفَلَ مِنكُمۡۚ وَلَوۡ تَوَاعَدتُّمۡ لَٱخۡتَلَفۡتُمۡ فِي ٱلۡمِيعَٰدِ وَلَٰكِن لِّيَقۡضِيَ ٱللَّهُ أَمۡرٗا كَانَ مَفۡعُولٗا لِّيَهۡلِكَ مَنۡ هَلَكَ عَنۢ بَيِّنَةٖ وَيَحۡيَىٰ مَنۡ حَيَّ عَنۢ بَيِّنَةٖۗ وَإِنَّ ٱللَّهَ لَسَمِيعٌ عَلِيمٌ ٤٢

Idh antum bil-'udwatid-dunyā wahum bil-'udwatil-quswā war-rakbu asfala minkum walaw tawā'attum lakhtalaftum fil-mī'ādi walākil liyaqdiyallāhu amran kāna maf'ūlal liyahlika man halaka 'am bayyinatin wayahyā man hayya 'am bayyinatin wa innallāha lasamī'un 'alīm

O zaman siz vadinin (Mədinəyə) yaxın tərəfində, onlar uzaq tərəfində, (Əbu Süfyanın) karvan isə sizdən aşağıda (dənizin sahilində) idi. Əgər siz vədələşsəydiniz, həmin vaxt və yer barəsində ixtilafa düşərdiniz. Lakin Allah olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) həyata keçirmək üçün belə etdi ki, həlak olan açıq-aydın bir dəlillə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir.

Təfsir

Yadınıza salın ki, O zaman siz vadinin Mədinəyə ya­xın tərə­fində, müşriklər vadinin uzaq, yəni, Məkkəyə yaxın tərə­fində, kar­van isə sizdən aşa­ğı­da Qırmızı dənizin sahilinə yaxın bir yerdə idi. Əgər siz və müşriklər Bədrdə qarşı-qarşıya gəlmək üçün vədələş­mək istəsəy­diniz bir-birinizlə ixtilaf edərdiz. Lakin bütün nöqsanlardan münəzzəh olan Allah sizi aranızda əvvəlcədən vədələşmə olmadan Bədrdə cəm etdi ki, olacaq işi, yəni, möminlərə zəfər nəsib edərək kafirləri zəlil etməyi, dinini izzətli, şirki isə alçaq tutmağı hə­yata keçirsin. Müşriklərdən həlak olan, möminlərin özlərindən sayca və döyüş hazırlığı baxımından qat-qat az olduğunu açıq-ay­dın bildikdən sonra həlak olsun, onlardan sağ qalanları da Allahın möminlərə yardım etdiyinə açıq-aydın bir dəlillə sağ qalsın ki, kiminsə Allah yanında bəhanəsi olmasın. Allah hər bir deyilən sözü eşi­dən­­dir, hər bir edilən əməli bi­lən­dir. Ona heç bir şey gizli qalmaz və O, qulların etdikləri əməllərin müqabilini verəcəkdir.