۞ وَٱعۡلَمُوٓاْ أَنَّمَا غَنِمۡتُم مِّن شَيۡءٖ فَأَنَّ لِلَّهِ خُمُسَهُۥ وَلِلرَّسُولِ وَلِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱبۡنِ ٱلسَّبِيلِ إِن كُنتُمۡ ءَامَنتُم بِٱللَّهِ وَمَآ أَنزَلۡنَا عَلَىٰ عَبۡدِنَا يَوۡمَ ٱلۡفُرۡقَانِ يَوۡمَ ٱلۡتَقَى ٱلۡجَمۡعَانِۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ٤١
Wa'lamū annamā ghanimtum min shay'in fa anna lillāhi khumusahū walir-rasūli walidhil-qurbā wal-yatāmā wal-masākīni wabnis-sabīli in kuntum āmantum billāhi wamā anzalnā 'alā 'abdinā yawmal-furqāni yawmal-taqal-jam'āni wallāhu 'alā kulli shay'in qadīr
Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün (Bədr günü) qulumuza (Muhammədə) nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, əldə etdiyiniz qənimətlərin beşdə biri Allaha, Rəsuluna, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və (yolda qalmış) müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir.
Təfsir
Ey möminlər! Əgər siz Allaha və haqla batili bir-birindən ayırd edərək sizə düşməniniz üzərində zəfər çalmağa nəsib etdiyi Bədir günü qulumuz Muhammədə (ona Allahın salavatı və salamı olsun) nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, Allah yolunda cihad edərkən kafirlərdən zorla əldə etdiyiniz mal beş hissəyə bölünməlidir. Həmən malın beşdə dörd hissəsi mücahidlərin payına düşür. Qalan beşdə bir hissə isə beş qismə bölünərək paylanılmalıdır. Bu malın bir qismi Allah və Rəsulunun payına düşür. Bu qisim, müsəlmanların ümumi məsrəflərinə sərf edilir. Bir qisim Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Haşim və Muttalib oğullarından olan yaxınlarının payına düşür. Bir qisim, yetimlərin, bir qisim fəqir və miskinlərin, diğər bir qisim isə yarı yolda qalmış müsafirlərin payına düşür. Sizə yardım edən Allah hər şeyə qadirdir.