إِذۡ يُرِيكَهُمُ ٱللَّهُ فِي مَنَامِكَ قَلِيلٗاۖ وَلَوۡ أَرَىٰكَهُمۡ كَثِيرٗا لَّفَشِلۡتُمۡ وَلَتَنَٰزَعۡتُمۡ فِي ٱلۡأَمۡرِ وَلَٰكِنَّ ٱللَّهَ سَلَّمَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٤٣
Idh yurīkahumullāhu fī manāmika qalīlan walaw arākahum kathīral lafashiltum walatanāza'tum fil-amri walākinnallāha sallama innahū 'alīmu bidhātis-sudūr
O zaman Allah yuxunda sənə onları az göstərdi. Əgər onları sənə çox göstərsəydi, ruhdan düşər və döyüş barəsində bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi qorudu. Həqiqətən, O, qəlblərdə olanları biləndir.
Təfsir
Ey Peyğəmbər! Allah yuxunda müşrikləri sənə, onların sizdən sayca az olduqlarını göstərib, sən də möminlərə bu yuxunu xəbər verməyin, onlar da bu müjdə ilə sevinib, özlərində düşmənlə qarşı-qarşıya gəlməyə cəsarət tapmaları, Allahın sənə və möminlərə əta etdiyi nemətlərdən biri olduğunu yadına sal. Əgər Allah sənə yuxuda onların sizdən çox olduqlarını göstərsəydi, bu zaman əshabın düşmənlə qarşı-qarşıya gəlməkdən ruhdan düşər və onlarla döyüşməkdən qorxardılar. Lakin Allah sizi bundan qoruyaraq, sizi bu uğursuzluqdan xilas etdi və beləliklə də onların sayını peyğəmbərinin (sallallahu aleyhi və səlləm) gözündə az sayda olduqlarını göstərdi. Şübhəsiz ki, O, qəlblərdə olub, gizli qalarları bilir!