وَإِن تَوَلَّوۡاْ فَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَوۡلَىٰكُمۡۚ نِعۡمَ ٱلۡمَوۡلَىٰ وَنِعۡمَ ٱلنَّصِيرُ ٤٠
Wa in tawallaw fa'lamū annallāha mawlākum ni'mal-mawlā wani'man-nasīr
Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin Himayədarınızdır. O, nə gözəl Himayədar və nə gözəl Yardımçıdır!
Təfsir
Əgər onlar qadağan olunduqları əməllərdən: Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - küfr etməyə və insanları Allahın yolundan döndərməyə son qoymazlarsa, Ey Möminlər! yəqin olun ki, Allah sizə onlara qarşı mütləq yardım edəcəkdir, Allah himayə etdiyi kimsə üçün ne gözəl himayədarınızdır, yardım etdiyi kimsə üçün nə gözəl yardımçıdır!