قُل لِّلَّذِينَ كَفَرُوٓاْ إِن يَنتَهُواْ يُغۡفَرۡ لَهُم مَّا قَدۡ سَلَفَ وَإِن يَعُودُواْ فَقَدۡ مَضَتۡ سُنَّتُ ٱلۡأَوَّلِينَ ٣٨
Qul lilladhīna kafarū in yantahū yughfar lahum mā qad salafa wa in ya'ūdū faqad madat sunnatul-awwalīn
Kafir olanlara de ki, əgər (küfrə) son qoysalar, keçmişdə olanlar bağışlanar. Yox, əgər (küfrə) qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələr.
Təfsir
Ey Peyğəmbər! Qövmündən Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - küfr edənlərə de ki, əgər onlar Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - küfr etməyə və Allaha iman edənləri Allah yolundan döndərməyə son qoysalar, Allah onların olub-keçən günahlarını bağışlayar. Çünki İslam özündən qabaq olan günahları əfv edər. Yox, əgər etdikləri küfr əməllərə qayıtsalar, atrıq əvvəlki ümmətlər də Allahın sünnəti belə idi ki, əgər onlar Allahı və Onun Rəsullarını yalan hesab edib və bu əməldə dava etdikdə Allah onlara dərhal əzab göndərərdi.