Al-Anfal surəsi, ayə 37

8:37

لِيَمِيزَ ٱللَّهُ ٱلۡخَبِيثَ مِنَ ٱلطَّيِّبِ وَيَجۡعَلَ ٱلۡخَبِيثَ بَعۡضَهُۥ عَلَىٰ بَعۡضٖ فَيَرۡكُمَهُۥ جَمِيعٗا فَيَجۡعَلَهُۥ فِي جَهَنَّمَۚ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ٣٧

Liyamīzallāhul-khabītha minat-tayyibi wayaj'alal-khabītha ba'dahū 'alā ba'din fayarkumahū jamī'an fayaj'alahū fī jahannama ulā'ika humul-khāsirūn

Allah murdarı (kafiri) pakdan (mömindən) ayırsın, murdarları bir-birinin üstünə qoyub bir yerə yığsın və onları Cəhənnəmə atsın. Ziyana uğrayanlar da məhz onlardır.

Təfsir

Öz var-dövlətini insanları Allah yolundan döndərmək üçün sərf edən kafirlər Qiyamət günü, Allahın murdar kafir dəstəsini, pak mömin dəstəsindən ayır­ması üçün Cəhənnəm oduna sürükləyəcəklər, məhz o gqn murdar insanları, əməlləri və var-dövlərin hamısını dəstə-dəstə, bir-birinin üs­tü­nə qoyub Cəhənnəmə atılacaqdır. Zi­ya­na uğrayanlar da məhz onlardır. Çünki onlar dünyada etdikləri əməllərə görə qiyamət günü nəfslərini və ailələrini ziyana uğratmışdılar.