مَآ ءَامَنَتۡ قَبۡلَهُم مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَآۖ أَفَهُمۡ يُؤۡمِنُونَ ٦
Mā āmanat qablahum min qaryatin ahlaknāhā afahum yu'minūn
Onlardan əvvəl məhv etdiyimiz məmləkətlərdən heç biri iman gətirməmişdi. İndi bunlarmı iman gətirəcəklər?
Təfsir
Onlardan əvvəl möcüzələr nazil edilməsini tələb edən kimsələrə Allah tərəfindən möcüzələr nazil edilsə də, onlar yenə də bu möcüzələrə iman gətirmədilər, əksinə, bütün bunları yalan saydılar, elə bu üzdən də Biz onların hamısını məhv etdik. Məgər indi onların tələb etdikləri möcüzələri nazil etmiş olsaq onlar Allaha imanmı gətirəcəklər?!