بَلۡ قَالُوٓاْ أَضۡغَٰثُ أَحۡلَٰمِۭ بَلِ ٱفۡتَرَىٰهُ بَلۡ هُوَ شَاعِرٞ فَلۡيَأۡتِنَا بِـَٔايَةٖ كَمَآ أُرۡسِلَ ٱلۡأَوَّلُونَ ٥
Bal qālū adghāthu ahlāmi baliftarāhu bal huwa shā'irun falya'tinā bi'āyatin kamā ursilal-awwalūn
Onlar dedilər: “(Bunlar) qarmaqarışıq yuxulardır! Xeyr, o bunu özündən uydurmuşdur! Xeyr, o, bir şairdir! Qoy o, əvvəlki elçilərə göndərilən ayətlər kimi bizə də bir ayət gətirsin”.
Təfsir
Məkkə müşrikləri Muhəmmədin (sallallahu aleyhi və səlləm) gətirdiyi din barədə müxtəlif fikirlərə düşərək bəzən: "Bunlar yozumu olmayan qarmaqarışıq yuxulardır!", bəzən: "Xeyr, bu əsli olmayan, özündən uydurduğu bir yalandır!", bəzən də: "Xeyr, o, bir şairdir!. Əgər o peyğəmbər olduğu iddiasında doğrudursa, elə isə qoy o, Musanın əsası və Salehin dəvəsi kimi əvvəlki elçilərə göndərilən möcüzələrdən bizə də bir möcüzə gətirsin!"- dedilər.