وَجَعَلۡنَا فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِهِمۡ وَجَعَلۡنَا فِيهَا فِجَاجٗا سُبُلٗا لَّعَلَّهُمۡ يَهۡتَدُونَ ٣١
Waja'alnā fil-ardi rawāsiya an tamīda bihim waja'alnā fīhā fijājan subulal la'allahum yahtadūn
Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar (istədikləri yerə) gedə bilsinlər deyə, orada geniş yollar saldıq.
Təfsir
Yer, üzərində olanları yırğalamasın deyə orada möhkəm durmuş dağlar yaratdıq. Onlar səfərlərində getmək istədikləri yerə asanlıqla gedə bilsinlər deyə, orada geniş yollar saldıq.