وَجَعَلۡنَا ٱلسَّمَآءَ سَقۡفٗا مَّحۡفُوظٗاۖ وَهُمۡ عَنۡ ءَايَٰتِهَا مُعۡرِضُونَ ٣٢
Waja'alnas-samā'a saqfam mahfūzan wahum 'an āyātihā mu'ridūn
Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər.
Təfsir
Göy üzünü qopub yerə düşməməsi üçün heç bir dirəksiz mühafizə olunan bir tavan etdik və şeytanların ora gizli bir şəkildə yaxınlaşıb hər hansı bir xəbər oğurlamasına mane olduq. Amma müşriklər göydə olan günəş və ay kimi əzəmətli ayələrimizi düşünüb ibrət almaqdan üz çevirirlər.