Al-Anbiya surəsi, ayə 24

21:24

أَمِ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗۖ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡۖ هَٰذَا ذِكۡرُ مَن مَّعِيَ وَذِكۡرُ مَن قَبۡلِيۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٱلۡحَقَّۖ فَهُم مُّعۡرِضُونَ ٢٤

Amit-takhadhū min dūnihī ālihatan qul hātū burhānakum hādhā dhikru mam ma'iya wadhikru man qablī bal aktharuhum lā ya'lamūnal-haqqa fahum mu'ridūn

Məgər (müşriklər) Ondan başqa məbudlaramı tapınmışlar? De: “Dəlilinizi gətirin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri”. Lakin onların əksəriyyəti əsl həqiqəti bilmir və (ondan) üz çevirirlər.

Təfsir

Məgər müşriklər özləri üçün Allahdan başqa ilahlar qəbul etdilər? Ey Peyğəmbər! O müşriklərə belə de: "Haydı onların ibadətə layiq olmasına dair sübutunuzu göstə­rin! Mənə nazil edilən bu Quranda və məndən öncəkilərə nazil edilən kitablarda sizin üçün heç bir dəlil və sübut yoxdur. Lakin müşriklərin əksəriyyəti yalnız cəhalətə və təqlidə istinad edər və haqqı qəbul etməkdən də üz çevi­rərlər!"