وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِيٓ إِلَيۡهِ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدُونِ ٢٥
Wamā arsalnā min qablika mir rasūlin illā nūhī ilayhi annahū lā ilāha illā ana fa'budūn
Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək.
Təfsir
Ey Peyğəmbər! Səndən öncə göndərdiyimiz bütün elçilərə: "Məndən başqa ibadətə layiq haqq məbud yoxdur. O halda tək Mənə ibadət edin və Mənə heç bir şeyi şərik qoşmayın! – deyə vəhy etmişdik.