Al-An'am surəsi, ayə 94

6:94

وَلَقَدۡ جِئۡتُمُونَا فُرَٰدَىٰ كَمَا خَلَقۡنَٰكُمۡ أَوَّلَ مَرَّةٖ وَتَرَكۡتُم مَّا خَوَّلۡنَٰكُمۡ وَرَآءَ ظُهُورِكُمۡۖ وَمَا نَرَىٰ مَعَكُمۡ شُفَعَآءَكُمُ ٱلَّذِينَ زَعَمۡتُمۡ أَنَّهُمۡ فِيكُمۡ شُرَكَٰٓؤُاْۚ لَقَد تَّقَطَّعَ بَيۡنَكُمۡ وَضَلَّ عَنكُم مَّا كُنتُمۡ تَزۡعُمُونَ ٩٤

Walaqad ji'tumūnā furādā kamā khalaqnākum awwala marratin wataraktum mā khawwalnākum warā'a zuhūrikum wamā narā ma'akum shufa'ā'akumul-ladhīna za'amtum annahum fīkum shurakā'u laqat taqatta'a baynakum wadalla 'ankum mā kuntum taz'umūn

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz. Öz aranızda (Allaha) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (məbudlar) isə sizdən uzaqlaşmışdır.

Təfsir

Qəbirlərdən diriləcəyi gün onlara: "Bu gün hüzurumuza ilk dəfə si­zi xəlq etdiyimiz kimi ayaqyalın, lüt-üryan, sünnət olunmamış, mal-dövlətiniz və başçılıq etməyiniz əlinizdən çıxmış bir halda, tək-tən­ha, həm də sizə verdiyimiz ne­mətləri özünüz də istəmədən dünya həyatında arxanızda qoyub gəl­di­niz. Bu gün öz ara­nızda Allaha vasitəçilər say­dığınız ilahlarınızı ya­nı­nızda gör­mü­rük. Halbuki siz onların ibadətə layiq olmaları barədə Allahın şərikləri olduqlarını iddia edirdiniz. Artıq onlarla sizin ara­nız­da olan əlaqə qırıl­mış, onların Allahın şərikləri və sizə şəfaətçilər olacaqları iddianız isə sizdən uzaq­laşmışdır"– deyiləcəkdir.