۞ إِنَّ ٱللَّهَ فَالِقُ ٱلۡحَبِّ وَٱلنَّوَىٰۖ يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَمُخۡرِجُ ٱلۡمَيِّتِ مِنَ ٱلۡحَيِّۚ ذَٰلِكُمُ ٱللَّهُۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ٩٥
Innallāha fāliqul-habbi wan-nawā yukhrijul-hayya minal-mayyiti wamukhrijul-mayyiti minal-hayyi dhālikumullāhu fa annā tu'fakūn
Şübhəsiz ki, toxumu da, çəyirdəyi də (cücərdib) çatladan Allahdır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də (haqdan) döndərilirsiniz!
Təfsir
Toxumu yarıb oradan bitki çıxardan, çəyirdəkdən xurma, üzün və s. ağaclar çıxardan, insan və heyvanları nütfədən xəlq edərək ölüdən diri çıxardan, insandan nütfə, toyuqdan isə yumurta çıxardaraq diridən də ölü çıxardan, məhz tək olan Allahdır. Bütün bunları edən sizin xaliqiniz olan Allahdır! Ey müşriklər! Siz Allahın misilsiz yaratdıqlarına şahid olduqdan sonra necə də haqdan döndərilirsiniz!