Al-An'am surəsi, ayə 48

6:48

وَمَا نُرۡسِلُ ٱلۡمُرۡسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَۖ فَمَنۡ ءَامَنَ وَأَصۡلَحَ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ٤٨

Wamā nursilul-mursalīna illā mubasshirīna wamundhirīna faman āmana wa aslaha falā khawfun 'alayhim walā hum yahzanūn

Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndəririk. İman gətirib (əməllərini) islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.

Təfsir

Biz göndərdiyimiz elçiləri yalnız iman və itaət əhlinə, sonsuz, əbədi olan nemətləri müjdə verən, küfr və asiliklər edənlərə isə şiddətli əzabımızla qorxudan kimi gön­dəririk. Elçilərə iman gətirib əməlini islah edən kimsələri axirətdə gözləyən şeylərə görə heç bir qorxu­su yoxdur və onlar dünyada ikən əldə edə bilmədikləri dünya naz-nemətlərinə görə həsrət və kədər çəkməzlər.