Al-An'am surəsi, ayə 47

6:47

قُلۡ أَرَءَيۡتَكُمۡ إِنۡ أَتَىٰكُمۡ عَذَابُ ٱللَّهِ بَغۡتَةً أَوۡ جَهۡرَةً هَلۡ يُهۡلَكُ إِلَّا ٱلۡقَوۡمُ ٱلظَّٰلِمُونَ ٤٧

Qul ara'aytakum in atākum 'adhābullāhi baghtatan aw jahratan hal yuhlaku illal-qawmuz-zālimūn

De: “Bir deyin görək, əgər Allahın əzabı sizə qəflətən və ya açıq-aşkar gəlsə, zalım qövmdən başqası həlak edilərmi?”

Təfsir

ُEy Peyğəmbər! Onlara de: "Bir deyin görək, əgər sizə Alla­hın əzabı hiss etmədiyiniz bir halda, qəflə­tən və ya hiss etdiyiniz bir halda, açıq-aşkar gəlsə, bu əzab Allaha küfr etdikləri və elçiləri yalan saydıqların görə yalnız zalım qövmə olardı".