فَلَمَّا نَسُواْ مَا ذُكِّرُواْ بِهِۦ فَتَحۡنَا عَلَيۡهِمۡ أَبۡوَٰبَ كُلِّ شَيۡءٍ حَتَّىٰٓ إِذَا فَرِحُواْ بِمَآ أُوتُوٓاْ أَخَذۡنَٰهُم بَغۡتَةٗ فَإِذَا هُم مُّبۡلِسُونَ ٤٤
Falammā nasū mā dhukkirū bihī fatahnā 'alayhim abwāba kulli shay'in hattā idhā farihū bimā ūtū akhadhnāhum baghtatan fa idhā hum mublisūn
Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar.
Təfsir
Onlar yoxsulluq və xəstəlik sıxıntısı səbəbində özlərinə edilmiş öyüd-nəsihəti unudub, Allahın əmrlərini tərk etdikləri zaman ruzi qapılarını onların üzünə açaraq, onlara yoxsulluqdan sonra zənginlik, xəsdəlikdən sonra bədənlərinə sağalamlıq bəxş etdik, elə ki onlar, özlərinə verilən nemətlərə görə təkəbbürlük edib, özlərindən razı qaldıqda isə onları qəflətən əzabımızla yaxaladıq və onlar ümüd içində yaşadıqları bir halda ümidsiz və heyrət içində qaldılar.