فَلَوۡلَآ إِذۡ جَآءَهُم بَأۡسُنَا تَضَرَّعُواْ وَلَٰكِن قَسَتۡ قُلُوبُهُمۡ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ مَا كَانُواْ يَعۡمَلُونَ ٤٣
Falawlā idh jā'ahum ba sunā tadarra'ū walākin qasat qulūbuhum wazayyana lahumush-shaytānu mā kānū ya'malūn
Heç olmasa əzabımız onlara gəldiyi zaman boyun əyərdilər. Lakin onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəl göstərdi.
Təfsir
Heç olmasa bəlamız onlara gəldiyi zaman bəlanı onlardan sovuşması üçün Allah qarşısında zəlil olub, Ona boyun əysəydilər, Biz onlara rəhm edərdik. Lakin onlar bunu etmədilər, əksinə onların qəlbləri sərtləşdi və başlarına gələn bu bəladan ibrət çıxarıb, öyüd-nəsihət almadılar və şeytan da onlara etdikləri küfr və asi əməlləri gözəl gösdərdi və beləliklə də olduqları əməllər üzərində davam etdilər.