وَلَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰٓ أُمَمٖ مِّن قَبۡلِكَ فَأَخَذۡنَٰهُم بِٱلۡبَأۡسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمۡ يَتَضَرَّعُونَ ٤٢
Walaqad arsalnā ilā umamim min qablika fa akhadhnāhum bil-ba'sā'i wad-darrā'i la'allahum yatadarra'ūn
Səndən əvvəl də ümmətlərə (elçilər) göndərmişdik. Biz o ümmətləri sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr.
Təfsir
Ey Peyğəmbər! Səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik, lakin onlar elçiləri yalançı hesab etdilər və elçilərin onlara gətirdiklərindən üz çevirdilər. Elə buna görə də Biz onların Allaha boyun əyib və Onun qarşısında zəlil olsunlar deyə onları yoxsulluq və sağlamlıqlarına zərər verən xəstəlik kimi sıxıntılarla əzab verdik.